Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyun 2024 / 08:03

LUKAŞENKO PAŞİNYANI XALQ DİPLOMATİYASINA ƏMƏL ETMƏYƏ ÇAĞIRIB

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib və Ermənistan Nazirlər Kabinetinin rəhbərinə xalq diplomatiyasına riayət etməyi tövsiyə edib.

Tezadlar.az xəbər verir ki, təbrikin mətni Belarus prezidentinin mətbuat xidmətinin saytında dərc olunub.

“Doğum gününüz münasibətilə təbrikləri qəbul edin… Siz təcrübəli siyasətçisiniz və uzun karyeranız ərzində bir neçə dəfə əmin olmusunuz ki, beynəlxalq münasibətlərdə ən dəqiq kompas xalq diplomatiyasıdır”, – Lukaşenko təbrikində qeyd edib.

Belarus prezidenti əmin olduğunu bildirib ki, ticarət-iqtisadi sahədə əməkdaşlıqda ən yüksək səviyyədə yardım göstərilməklə, Belarus və Ermənistana iki dövlət arasında əlaqələri gücləndirmək üçün əlavə imkanlar açılacaq.

Bundan əvvəl Rusiya Federasiyası baş nazirinin müavini vəzifəsini icra edən Aleksey Overçuk bildirib ki, Rusiya və Ermənistan iqtisadi əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!