24 Avqust 2025 / 11:35

Lukaşenko ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib

Belarus Ukrayna xalqı ilə konstruktiv dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa sadiqdir.

Tezadlar.az BELTA-ya istinadən xəbər verir ki, bunu respublika prezidenti Aleksandr Lukaşenko deyib.

“Xarici qüvvələr bizi nə qədər müxtəlif istiqamətlərə çəksələr də, Belarus ukraynalılar üçün açıq qalmaqda davam edəcək”, – dövlət başçısı Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edərkən deyib.  – “Biz cənub qonşularımızla qarşılıqlı faydalı əməkdaşlığa və konstruktiv dialoqa sadiqik”.

Lukaşenkonun sözlərinə görə, sülh və harmoniyada yan-yana yaşamaq qədim zamanlardan belarus və ukrayna xalqlarının taleyi olub. Prezident qeyd edib ki, sıx birgəyaşayış insanlar arasında ümumi tarixi tale, ortaq xristian dəyərləri və səmimi dostluqla təmin olunmuş qırılmaz qan bağları yaradıb.

“Bütün qəlbimlə Ukrayna vətəndaşlarına bugünkü çağırışlara öz cavabını, çoxmillətli ölkənizə isə dinc səma, həmrəylik və həqiqətən müstəqil inkişaf arzulayıram”, – o əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!