Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Lukoil” şirkəti beynəlxalq “Gunvor” şirkətindən törəmə şirkəti olan LUKOIL International GmbH-ni almaq təklifi alıb.
O şirkətin beynəlxalq aktivlərinə sahibdir.
Tezadlar.az Rusiay KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin məlumatında açıqlanıb. Əməliyyatın əsas şərtləri əvvəlcədən tərəflər arasında razılaşdırılıb.
“Lukoil” təklifi qəbul edərək digər potensial alıcılarla danışıqlar aparmamaq barədə öhdəliyi üzərinə götürüb.
Məlumatda qeyd olunub ki, əməliyyatın bağlanması üçün bir sıra şərtlər yerinə yetirilməlidir.
Bunlara Gunvor şirkətinin ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsindən (OFAC) icazə alması, eləcə də zərurət yarandıqda digər ölkələrdə əlavə lisenziyalar, icazələr və təsdiqlər daxildir.
Tərəflər OFAC-ın verdiyi mövcud lisenziyanın və digər zəruri icazələrin müddətinin uzadılması üçün müraciət etmək niyyətindədirlər.
Bu, əməliyyat başa çatana qədər beynəlxalq aktivlərin və onların bank xidmətlərinin davamlı fəaliyyətini təmin etmək üçün lazımdır.
Qeyd edək ki, “Lukoil” şirkəti ABŞ-ın ona və törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra xarici aktivlərini satmaq planlarını açıqlayıb.
JASMİN