27 Sentyabr 2023 / 10:36

MƏRKƏZİ VƏ CƏNUBİ ASİYA BAŞ QƏRARGAHLARININ RƏHBƏRLƏRİ DAŞKƏNDDƏ BİR ARAYA GƏLDİLƏR

Özbəkistan Müdafiə Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumata görə, Daşkənddəki “Özbəkistan” Beynəlxalq Forumlar Sarayında Mərkəzi və Cənubi Asiya ölkələrinin Baş Qərargah rəislərinin konfransı keçirilib.

Tədbirdə Özbəkistan, ABŞ, Pakistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak ediblər.

 TEZADLAR.AZ xəbər verir ki, konfransı Özbəkistanın müdafiə naziri Bahodir Kurbanov və ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla açıblar.

Müdafiə Nazirliyindən bildirilib ki, konfrans zamanı regional təhlükəsizlik və sabitlik, terrorizmlə mübarizə və humanitar yardım kimi məsələlər müzakirə edilib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!