26 Sentyabr 2025 / 18:17

Macar pilotsuz təyyarələri Ukrayna sərhədlərini pozub

Ukrayna prezidenti Vladimir Zelenski Macarıstana məxsus pilotsuz uçuş aparatlarının ölkənin hava məkanını pozduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə hərbi məsələlərlə bağlı görüşdən sonra açıqlama verib.

“Ukrayna hərbçiləri bizim hava məkanımıza kəşfiyyat xarakterli pilotsuz təyyarələrin daxil olduğunu qeydə alıblar və bu, çox güman ki, Macarıstan pilotsuz təyyarələridir”, – Ukrayna lideri qeyd edib.

Zelenski pilotsuz təyyarələrin Ukraynanın sərhədyanı rayonlarının sənaye infrastrukturu haqqında məlumat toplayaraq kəşfiyyat fəaliyyəti apardığını irəli sürüb.

Prezident hər bir sənədləşdirilmiş hava məkanı pozuntusu ilə bağlı hərtərəfli araşdırma aparılmasını və hesabatın hazırlanmasını əmr edib.

Kiyev və Budapeşt arasında gərginlik Macarıstanın Ukraynanın Avropa İttifaqına üzvlük cəhdləri ilə bağlı mövqeyi, eləcə də Macarıstanı Rusiya yanacağı ilə təmin edən Drujba neft kəmərinə hücumlarla bağlı insidentlər səbəbindən artıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!