Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyul 2024 / 10:27

MACARISTAN AB SƏDRLİYİNDƏN MƏHRUM EDİLƏ BİLƏR

Avropa rəsmiləri Macarıstanı Aİ-yə sədrlikdən uzaqlaşdırmaq istəyirlər. İndi bunun necə ediləcəyini düşünürlər.

Tezadlar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Bu barədə CNN Turk məlumat yayıb.

Ərdoğan tanınmamış Şimali Kipr Türk Respublikasına səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Xüsusilə, o bildirib ki, Avropada Macarıstanın baş naziri Viktor Orbanı sülhməramlı səfərlərinə görə kəskin tənqid etməyə başlayıblar.

“O, Moskvaya getdi və tənqid olundu. O, Çinə getdi və eyni şəkildə tənqid olundu… İndi Macarıstanı AB sədrliyindən necə uzaqlaşdıracaqlarını anlamağa çalışırlar”, – deyə Ərdoğan bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!