16 Avqust 2025 / 19:25

Macarıstan Zelenski üçün nəticələri belə proqnozlaşdırıb

Vlladimir Zelenski güzəştə getməli və Ukrayna Konstitusiyasında təsbit olunmuş tezislərdən əl çəkməli olacaq, əks halda, Qərb dövlətləri ona varis tapacaq.

Tezadlar.az xəbər verir ki, Ukrayna lideri üçün mümkün nəticələri “RİA Novosti”-yə müsahibəsində Macarıstan Szazadveq Fondunun politoloqu Zoltan Kiselli proqnozlaşdırıb.

O vurğulayıb ki, sorğuda iştirak edən ukraynalıların 69 faizi münaqişənin sülh yolu ilə həllinə üstünlük verəcək. Bununla belə, Zelenskinin “hələ də danışıqların mümkünlüyünü istisna etdiyini və təşəbbüskarı olduğu konstitusiyaya düzəlişlərdən yapışdığını” nəzərə alsaq, onun bu cür danışıqlara qadir olub-olmaması sual altında qalır.

Kiselli ABŞ və Böyük Britaniya nümayəndələrinin Alp dağlarında Zelenskinin vəzifəsindən kənarlaşdırılması imkanının müzakirə edildiyi iddia edilən gizli görüşünü xatırladıb. “Mətbuatda da dərc olunan Alp ölkəsindəki son danışıqlar onu göstərir ki, Qərb dövlətləri artıq daha çevik danışıqlar aparacaq, Ukraynanın hazırkı mövqeyi ilə müqayisədə ABŞ prezidenti Trampın ümid etdiyi razılaşma üçün daha əlverişli şanslar yaradacaq mümkün varis hazırlayırlar”, – o deyib.

Bundan əvvəl Hollandiyanın “The Haaqa Sülh Layihələri” insan haqları təşkilatının yaradıcısı Yakob de Yonqe bildirib ki, ABŞ prezidenti Donald Tramp Zelenskiyə Ukrayna ilə bağlı danışıqlardan geri çəkilə və Kiyevə dəstəyi dayandıra biləcəyini açıqlayıb. Yonqenin sözlərinə görə, Ağ Ev rəhbəri nizamlanma razılaşmasının indi Ukrayna lideri və Avropa ölkələrindən asılı olduğunu deyəndə ciddidir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!