Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünən sentyabrın 28-də Moldovada keçirilən parlament seçkilərində prezident Maiya Sandunun hakim Avropayönümlü Fəaliyyət və Həmrəylik Partiyası (PAS) liderdir. Tezadlar.az xəbər verir ki, bu haqda Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir. Yenilənmiş məlumatlara əsasən, MSK artıq seçki məntəqələrindən daxil olan məlumatların 97,93%-ni sayıb və nəticələr aşağıdakı kimidir:
PAS – 49,54%;
Vətənpərvərlər Bloku – 24,57%;
Alternativ Blok – 8,07%;
Daxildə demokratiya – 6,25%;
Bizim partiya – 5,66%.
Qeyd edək ki, yerdə qalan siyasi partiyalar səslərin 1%-i keçmir, ona görə də onlar parlamentə daxil ola bilməyəcəklər.
Sandu ölkənin siyasi kursunu Avropaya istiqamətləndirib və bu da qəzəblənən Rusiyanın Moldovanın ərazisini parçalamaq müdaxiləsi ilə qarşılaşdırıb.