Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron amerikalı maliyyəçi və pedofil Ceffri Epşteynlə 2016-cı ildə, iqtisadiyyat naziri vəzifəsində çalışarkən vasitəçi vasitəsilə iş görüb.
Tezadlar.az xəbər verir ki, bu, ABŞ Ədliyyə Nazirliyinin arxivlərində aşkarlanıb.
Məlumata görə, qarşılıqlı əlaqə BƏƏ-li iş adamı və DP World-ün icraçı direktoru Sultan bin Süleyem vasitəsilə təmin edilib. Sənədlərə görə, 2018-ci ilə qədər prezident Makron artıq Fransa və Avropa üçün siyasətlərin hazırlanmasında kömək üçün Epşteyn və digərləri ilə əlaqə saxlayıb.
Arxivlər göstərir ki, Epşteyn Amerika biznes dairələri ilə Fransa liderinin administrasiyası arasında əlaqələrin qurulmasında qeyri-rəsmi vasitəçi kimi çıxış edib.
Daha əvvəl Epşteynin iş sənədlərində Epşteynin Ukraynadakı üsyandan bəhs etdiyi məktub tapılıb.
E.ŞİRİNOV