Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişəyə son qoymayana qədər Nobel Sülh Mükafatına namizəd ola bilməz.
Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Portalın məlumatına görə, Amerika lideri NATO-nun keçmiş baş katibi Yens Stoltenberqlə telefon danışıqlarında bir neçə dəfə Nobel Sülh Mükafatı məsələsini qaldırıb.
“Mən səfərbər olan bir Amerika prezidentini görürəm, o, bu səhər tribunadan deyir: “Mən sülh istəyirəm. Mən bu münaqişəni həll etmişəm, Nobel Sülh Mükafatını istəyirəm”. Nobel Sülh Mükafatı yalnız Qəzzada münaqişəyə son qoyduğunuz halda mümkündür”, – deyə siyasətçi Trampa müraciət edərək izah edib.
Makron qeyd edib ki, Vaşinqton Yaxın Şərqdəki münaqişəni həll etmək üçün ən yaxşı mövqedədir, çünki onun İsrail hökuməti üzərində əhəmiyyətli təsir rıçaqları var.
Konkret olaraq, Fransa prezidenti aydınlıq gətirib ki, ABŞ İMQ-ni Qəzzada hərbi əməliyyatda istifadə olunan silahlarla təmin edir.
Makron Vaşinqtonu döyüşlərin dayandırılması, 48 girovun azad edilməsi və humanitar dəhlizlərin açılması üçün təzyiq göstərməyə çağırıb.
Fransa lideri ümid etdiyini bildirib ki, ABŞ nümayəndələri danışıqlardan sonra yaxın saatlarda etibarlı həll planı hazırlaya biləcəklər.
Bundan əvvəl NBC telekanalı Trampın Nobel Sülh Mükafatını qazanmaqda maraqlı olduğunu, lakin qazanacağına əmin olmadığını bildirmişdi. Avqustun 13-də Ağ Ev ABŞ prezidentinin namizədliyini təsdiq edən 7 ölkə liderinin siyahısını dərc edib.
E.ŞİRİNOV