Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 12:52

Makron Trampa Avropa qoşunlarını Ukraynaya yerləşdirməyi təklif etmək istəyir

Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampa Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi təklifi etmək istəyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Politico” jurnalında dərc olunan məqalədə deyilir.

“Buraya 30 minə yaxın avropalı hərbçinin iştirakı daxildir, Böyük Britaniya və Fransa burada aparıcı rol oynayır”, – mənbəyə istinadən məqalə müəllifləri aydınlıq gətirirlər.

Qeyd edək ki, Fransa və Böyük Britaniyanın guya “sülhün qorunması naminə” Ukraynaya 30 min əsgər göndərmək istəyi bundan əvvəl də müzakirə olunub. Beləliklə, “Advance “nəşrindəki məqalənin müəllifləri Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmerin ABŞ-a səfərə hazırlaşdıqlarını, “onlar öz təklifləri ilə Trampı incitəcəklərini” bildiriblər.

Məqalə müəllifləri fransız və ingilis siyasətçilərinin bu planını “üçüncü dünya müharibəsi ssenarisi” adlandırıblar. Məqalədə qeyd edilir ki, Ağ Ev rəhbəri bunu təsdiqləyəcək qədər sadəlövh deyil.

Xatırladaq ki, “Financial Times”-ın məlumatına görə, Starmerin fevralın son həftəsində Trampı Avropa dövlətlərini Ukrayna danışıqlarına tam cəlb etməyə inandırmaq və ABŞ-ın tariflər tətbiq etməsinin qarşısını almağa çalışmaq məqsədilə ABŞ-a səfər edəcəyi gözlənilir.

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov da öz növbəsində bildirib ki, NATO-ya üzv ölkələrdən Ukraynaya hərbi personal göndərmək ideyası baş tutmayacaq, çünki Rusiya buna ilk növbədə razılıq verməlidir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!