Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa prezidenti Emmanuel Makron sülh sazişinin bəndlərindən biri kimi münaqişə bitdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin (USQ) sayının azaldılmasının əleyhinə çıxış edib.
Tezadlar.az xəbər verir ki, dövlət başçısının sözlərini “Le Figaro” nəşri dərc edib.
“Bu gün mən Ukraynanın istənilən hücum cəhdini dəf etməyə qadir olan güclü ordusunun saxlanmasından ibarət təhlükəsizlik təminatlarının məzmununun müzakirəsinə qayıda bildim; USQ-nin sayı, potensialı və silahlanması ilə bağlı məhdudiyyətlərin olmaması məsələsi qaldırıldı”, – Fransa lideri bildirib.
Bundan əvvəl Makron bildirib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin ikitərəfli görüşü irəliləyiş gətirməzsə, o zaman Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi lazımdır. Onun fikrincə, Moskva hazırda “münaqişənin nizamlanmasına nail olmaq istəmir”.
Öz növbəsində, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Fransa prezidentinin bəyanatlarını pisləyib və qeyd edib ki, “avro-dəlilər” ABŞ prezidenti Donald Trampla görüşdən sonra da Ukraynada sülh yolu ilə nizamlanmanı pozmağa cəhd etməkdə davam edirlər.
E.ŞİRİNOV