Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Toplantı iştirakçıları birgə foto çəkdirdilər.
***
Eləcə də Albaniyada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Fransanın Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüblər.