27 Avqust 2025 / 23:07

Marko Rubio: İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır

ABŞ Dövlət katibi Marko Rubio Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İranla bağlı vəziyyəti müzakirə edib.

“Tezadlar” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Tom Piqott bildirib.

“ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı vəziyyəti müzakirə etmək üçün Fransanın xarici işlər naziri Jan-Noel Barro, Almaniyanın xarici işlər naziri Yohann  Vadeful və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə danışıb. Tərəflər İranın nüvə silahı işləyib hazırlamasının və ya əldə etməsinin qarşısını almaq öhdəliyini bir daha təsdiqləyib”, – məlumatda deyilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!