Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daim artan milli borcu səbəbindən ABŞ-ı qaçılmaz iflasdan yalnız robotlar və süni intellekt (Sİ) xilas edə bilər.
Tezadlar.az xəbər verir ki, bu fikri amerikalı milyarder və sahibkar Elon Mask bildirib.
“Bəlkə də ABŞ-ın iflasının başlanğıcını yavaşlada və problemi həll etmək üçün Sİ və robotlara kifayət qədər vaxt verə bilərik. Milli borc vəziyyətini həll edə biləcək yeganə şey budur”, – Mask bloqçular Dvarkeş Patel və Con Kollisonla müsahibəsində bildirib.
Planetin ən varlı adamı ABŞ-ın milli borc üzrə faiz ödənişlərinin ölkənin hərbi büdcəsini aşdığını aydınlaşdırıb. O, ABŞ-ın faizlərə “trilyon dollardan çox” xərcləməsindən qəzəbləndiyini bildirib.
Mask əlavə edib ki, robotlar və Sİ olmadan ABŞ məhv olacaq, çünki milli borc “dəlilik səviyyəsinə” qədər yığılıb.
E.ŞİRİNOV