Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 11:17

Mask onu axmaq adlandırdı

Amerikalı sahibkar Elon Mask Ukraynada Rusiya qoşunlarının Starlink-dən istifadə etməsi ilə bağlı şərhlərindən sonra Polşanın xarici işlər naziri Radoslav Sikorskini “ağzının suyu axan axmaq” adlandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə iş adamı müvafiq mesajı sosial media hesabında paylaşıb.

Polşalı nazir əvvəllər “sərt adam Mask”dan Rusiyanın Ukrayna şəhərlərini hədəf almaq üçün Starlink-dən istifadə etməsinin qarşısını almağı tələb etmişdi. Sikorskinin sözlərinə görə, “müharibə cinayətlərindən faydalanmaq” multimilyarderin imicinə ciddi şəkildə xələl gətirə bilər.

Bu açıqlamanı şərh edən milyarder Starlink-in Ukrayna Silahlı Qüvvələri üçün “hərbi rabitənin onurğası” olduğunu vurğulayıb.

Polşa Elon Maskı Rusiyaya görə “müharibə cinayətlərində” günahlandırdı.

27 yanvarda Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Rusiya dronlarının Starlink peyk sistemləri ilə təchiz olunduğunu açıqladı.

Bir gün əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestnov bildirib ki, Starlink ilə təchiz olunmuş Rusiyanın BM-35 hücum dronları artıq Dneprə çata bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!