20 Avqust 2025 / 13:34

Maskdan partiyasını yaratmaqdan imtina etməsi ilə bağlı şayiələrə münasibət

Amerikalı sahibkar Elon Mask öz siyasi partiyasını yaratmaq ideyasından imtina etdiyi barədə məlumatları təkzib edir.

Tezadlar.az xəbər verir ki, o, sosial şəbəkələrdə müvafiq açıqlama verib.

Maska görə, ““Wall Street Journal”-ın yazdığı heç bir şeyə heç vaxt inanmaq olmaz”. “Wall Street Journal” bir gün əvvəl İlon Maskın biznesə diqqətini cəmləmək və respublikaçıların səslərini almamaq üçün yeni siyasi qüvvə yaratmaq işini dayandırdığını bildirib.

Vurğulanıb ki, Maskın seçimini şərtləndirən əsas motivlərdən biri MAGA partiyasından (Make America Great Again) prezidentliyə mümkün namizəd hesab edilən vitse-prezident J.D.Venslə yaxşı münasibətlər saxlamaq istəyi olub.

Mask iyul ayında “Amerika Partiyası” siyasi təşkilatının yaradıldığını elan etdi. Onun sözlərinə görə, partiyası 2028-ci ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədi dəstəkləyə bilər, lakin qarşıdakı 12 ayda diqqət Nümayəndələr Palatasında və Senatda keçiriləcək yarışlarda olacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!