6 Fevral 2026 / 03:23

Media Trampın Qrenlandiyanı ilk nə zaman düşündüyünü açıqladı

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin əvvəlində Ağ Evdə keçirilən kəşfiyyat brifinqindən sonra Qrenlandiya üzərində nəzarəti ələ keçirməyi düşünməyə başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə “Time” məlumat verib.

Nəşrin məlumatına görə, bu brifinqdə Trampa Arktika təhlükəsizliyi barədə məlumat verilib. Bu, onu adanın strateji əhəmiyyətinə diqqət yetirməyə sövq edib. Nəticədə, Tramp ABŞ-ın regionda daimi iştirakının təmin edilməsinin vacibliyi qənaətinə gəlib.

Bu ideyanı Trampın çoxdankı tanışı Ronald Lauder dəstəkləyib. O, Danimarkanın iqtisadi problemlərinə işarə edib və bu vəziyyətdən istifadə edərək razılaşma əldə etməyi təklif edib. “Time” Trampın özünün Qrenlandiyanı ələ keçirmək məsələsində son dərəcə ciddi olduğunu vurğulayır. Onu xüsusilə Amerika tarixində Soyuq Müharibə dövründə ABŞ bazasının Qrenlandiyada fəaliyyət göstərdiyi bir hadisə cəlb edib.

Daha əvvəl Tramp Qrenlandiya ilə bağlı danışıqların başlandığını elan etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!