21 Avqust 2025 / 15:51

Məhkəmə restoran müğənnisi olan Rəqsanə ilə bağlı son qərarını verdi

Bu gün restoran və ya toy müğənnisi sayılan Rəqsanə İsmayılovanın barəsində olan həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. Məhkəmə prosesində iştirak edən “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədli xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Rəqsanənin şikayəti təmin edilməyib. R.İsmayılova barəsində birinci instansiya məhkəməsinin seçdiyi həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, onun barəsində avqustun 16-da 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. R.İsmayılova iki nəfər zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!