28 İyul 2025 / 11:52

Məhkumlarla mənəvi-maarifləndirici görüşlər davam etdirilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2025-ci il üçün təsdiq edilmiş birgə Tədbirlər Planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli təşkili, vicdan və dini etiqad azadlığının təmin olunması məqsədilə növbəti tədbirlər keçirilib.

Tezadlar.az xəbər verir ki, bu çərçivədə iyulun 25-də 5 və 7 saylı cəzaçəkmə müəssisələrində, həmçinin Şəki Penitensiar müəssisəsində “Tövbə – mənəvi təmizliyə aparan yol” mövzusunda görüşlər təşkil olunub. Tədbirlərdə DQİDK-nın Şirvan-Salyan və Şəki regional bölmələrinin məsul əməkdaşları, Penitensiar Xidmətin nümayəndələri və din xadimləri iştirak ediblər.

Natiqlər mənəvi dəyərlərin insan həyatında və ümumilikdə cəmiyyətdə oynadığı mühüm roldan bəhs ediblər. O da vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına və müvafiq qanunvericiliyinə uyğun olaraq, hər bir vətəndaşın vicdan və dini etiqad azadlığı dövlət tərəfindən qorunur və təmin edilir. Eyni zamanda, ölkəmizdə mövcud olan dini dözümlülük mühiti, dövlət-din münasibətləri, həmçinin dövlətin bu sahədə yürütdüyü siyasət barədə ətraflı məlumat verilib.

Görüşlərdə məhkumlar maraqlandıran sualları cavablandırılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!