Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Avqust 2025 / 12:13

Mehriban xanım Əliyevanı təbrik edirlər

26 avqust Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günüdür.

O, uzun illərdir Azərbaycanın ictimai, humanitar və mədəni həyatında fəal rol oynayır. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, elm və təhsilin inkişafı, səhiyyə və mədəniyyət sahələrində genişmiqyaslı layihələrin həyata keçirilməsinə xüsusi töhfə verib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də xeyriyyəçilik və mədəni missiyası ilə seçilir. Mehriban xanım Əliyeva Azərbaycanın mədəni irsinin, incəsənətinin, milli musiqisinin, xüsusilə də muğam sənətinin dünyada tanıdılmasında mühüm rol oynayıb. Eyni zamanda, sosial həssas qrupların müdafiəsi və cəmiyyətin rifahının yüksəldilməsi onun fəaliyyətində əsas istiqamətlər sırasındadır. Dövlətə və xalqa xidmət prinsipi ilə çalışan Mehriban Əliyeva nümunəvi, mərhəmətli ziyalı və güclü Azərbaycan xanımı kimi səciyyələndirilir.

Mehriban xanım Əliyevanı ad günü münasibətlə Yasin Məcidov, Fuad Səfərov, Məhəmməd Əsədov, Akif Abdullayev, Ramin Ağazadə, Gəray Abbasov və Çingiz Məmmədov səmimi-qəlbdən təbrik edir, vətənimizin tərəqqisi istiqamətində çoxşaxəli fəaliyyətində ona yeni-yeni uğurlar, cansağlığı, xoşbəxtlik və ailə səadəti diləyirlər.

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!