Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyun 2025 / 11:58

Məktəblərin yuxarı siniflərində belə oxuyub-yazmağı bacarmayanlar var – DİM-in hesabatı

Ölkə üzrə 5 nəfər 9-cu sinif şagirdi oxuyub-yazmağı bacarmır.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən nəşr olunan “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər  Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarındadırlar.

DİM oxuyub-yazmağı bacarmayan şagirdlərin daha çox olduğunu istisna etmir.

Qeyd edək ki, bu məlumatı 2024-cü ili əhatə edir. Ötən ilin hesabatına görə, 2023-cü ildəki imtahan nəticələrinə əsasən, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfərin oxuyub yazmaqda çətinlik çəkdiyi məlum olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!