Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kubanda 13 yaşlı yeniyetmə valideynlərindən bir milyon rubl alaraq yoxa çıxıb.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, məktəblinin anası polisə müraciət edib. O, oğlunun yoxa çıxdığını deyib. Məlum olub ki, o, dələduzların qurbanına çevrilib. Bir neçə gün fırıldaqçılar yeniyetmə ilə əlaqə saxlayıb, ona göstərişlər veriblər.
Belə ki, o, valideynlərinin hesablarından bir milyon rubl çıxarıb, telefonlarını və bank kartlarını götürüb. Onun pulu “təhlükəsiz hesaba” köçürməsi planlaşdırılırdı. Polis oğlanı tapıb və ailəsinin əmanətlərini xilas edə bilib.
E.ŞİRİNOV