21 Avqust 2025 / 09:34

Meloni Ukrayna üçün “yüngül NATO” təklif edir – “Bloomberg”

Avropa liderləri İtaliyanın baş naziri Giorgia Meloni tərəfindən irəli sürülən Ukrayna üçün yeni təhlükəsizlik mexanizmini müzakirə edirlər. Plan Kiyevin müttəfiqlərinin Rusiyanın yenidən təcavüzü halında Ukraynaya hərbi və ya iqtisadi dəstək barədə 24 saat ərzində qərar verməli olmasını nəzərdə tutur.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Təklif Alyansın kollektiv müdafiəsi prinsipinə bənzədiyi üçün “yüngül NATO” adlandırılıb, lakin Ukraynanın NATO-ya faktiki üzvlüyünü nəzərdə tutmur. Meloninin fikrincə, Kiyevlə ikitərəfli müqavilələr imzalayan ölkələr yeni hücum zamanı öz hərəkətlərini tez bir zamanda əlaqələndirməli olacaqlar.

Mənbələrin bildirdiyinə görə, plan Ukraynaya sürətli müdafiə yardımı, maliyyə dəstəyi, Silahlı Qüvvələrin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyaları nəzərdə tutur. Plana qoşunların birbaşa Ukrayna ərazisinə göndərilməsinin daxil olub-olmayacağı hələlik məlum deyil.

Bu fikir Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Vladimir Zelenski və Avropa liderlərinin görüşü fonunda səsləndirilib. Danışıqlardan sonra Tramp ABŞ-ın təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu təsdiqləyib, lakin Ukraynaya Amerika əsgərlərinin göndərilməsini istisna edib, əvəzində, havadan dəstək imkanını bəyan edib.

İtaliyanın müdafiə naziri Qvido Krosetto vurğulayıb ki, yekun format hələ də müzakirə olunur: “Ya NATO Ukraynanı müdafiə edə bilər, ya da ayrı-ayrı ölkələr bu cür öhdəlikləri öz üzərinə götürəcək. Ən yaxşı mexanizm zamanla seçiləcək”.

Meloni bu təşəbbüsün “NATO-nun 5-ci Maddəsinin modeli” olduğunu, lakin mövcud şəraitə uyğunlaşdırıldığını vurğulayıb. O vurğulayıb ki, Roma Kiyevi dəstəkləməkdə birliyi qoruyub saxlamaqla ABŞ və Avropa arasında “körpü qurucusu” rolunu oynamağa çalışır.

Ukrayna üçün təhlükəsizlik zəmanətləri

UNİAN-ın verdiyi məlumata görə, ABŞ və Avropa Ukraynaya “NATO-nun 5-ci maddəsinə” bənzər, lakin NATO-ya qoşulmadan təhlükəsizlik zəmanəti verə bilər.

Eyni zamanda, media yazır ki, hazırda Kiyevin Qərb tərəfdaşları tərəfindən müzakirə edildiyi iddia edilən “NATO-dakı kimi” təhlükəsizlik təminatları əslində Avropa ölkələrinin Ukraynanı müdafiə etmək üçün birbaşa öhdəliyini təmin etməyəcək.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!