13 Avqust 2025 / 16:35

Məmməd İsmayılş reanimasiyaya yerləşdirilib

Tanınmış şair Məmməd İsmayılın səhhəti pisləşib, onu müalicə olunduğu “Bona Dea” Hospitalının Reanimasiya şöbəsinə yerləşdiriblər. Şairin yaxın dostu E.Məmmədli tezadlar.az – a bildirib ki, neçə vaxtdır xəstəxanada təkrar müalicə alan  Məmməd İsmayılın vəziyyəti dünən axşam ani olaraq ağırlaşıb: “Ara-sıra xəstəxanaya aparırdıq. Son 4 gün burada oldu. Dünən axşam isə vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirdilər. Həkimlər vəziyyətin olduqca ciddi olduğu deyirlər”.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!