Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist Elza Seyidcahan qeyri-adi sözləri və seçdiyi geyim tərzi ilə yenidən diqqət mərkəzinə düşüb.
Tezadlar.az xəbər verir ki, müğənni bu dəfə də fərqli obrazı ilə seçilib.
Elza Seyidcahan səhnə geyimi barədə danışarkən bildirib ki, obrazını təbiət motivləri üzərində qurub:
“Geyimimdə meşədən olan bitkilər, böcəklər var. Mən meşə kralının xanımıyam””.
Sənətçi taxdığı boyunbağının da xüsusi mənası olduğunu vurğulayıb. Onun sözlərinə görə, aksessuar təbii daşlardan hazırlanıb və gəlini tərəfindən hədiyyə edilib.
Müğənninin bu fərqli üslubu sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri Elza Seyidcahanın cəsarətli və yaradıcı tərzini alqışlasa da, digərləri geyimi müzakirə mövzusuna çevirib.