Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyul 2024 / 12:00

MERİH DƏMİRALIN BOZ QURDA GÖRƏ CƏZALANMASI XƏBƏRİ YALAN ÇIXDI

Almaniyanın “Bild” qəzetinin Merih Dəmirala 2 oyunluq cəza verilməsi xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.

Tezadlar.az TRT-Sport-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası açıqlama yayıb. Sözügedən açıqlamada deyilir: “İddia doğru deyil. UEFA-nın Merih Dəmirala qarşı açdığı istintaq hələ yekunlaşmayıb və onun iki oyunluq cəza alması iddiası həqiqəti əks etdirmir. Mövqeyimizi müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var. yalnız bundan sonra qərar veriləcək”.

 Ötən gün Almaniyanın “Bild” nəşri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın 2 oyunluq diskvalifikasiya olunduğunu açıqlamışdı. Amma bu xəbər bu güm yalanlandı…

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!