Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Angela Merkel siyasətə qayıtmağa ehtiyac hiss etmir.
Tezadlar.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri bu barədə bazar günü, noyabrın 24-də İspaniyanın “Pais” nəşrinə müsahibəsində bildirib.
Angela Merkelin sözlərinə görə, o, 16 ildir kanslerdir və hesab edir ki, onun aktiv siyasətdəki dövrünü başa vurub. Almaniyanın 70 yaşlı keçmiş rəhbəri qeyd edib ki, varislərin başladıqları işi davam etdirməsinin vaxtı çatıb.
Bir müddət əvvəl Britaniya nəşrinə müsahibəsində Angela Merkel Ukraynadakı münaqişənin hərbi yolla həll olunacağına şübhə etdiyini bildirərək, Ukraynaya yardımın göstərilməsi məsələsində hazırkı Almaniya hökumətini və Avropa İttifaqını dəstəklədiyini qeyd edib.
E.ŞİRİNOV