Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 11:59

Mərkəzi Bank rəhbərliyinin ötən ilki maaşları göz çıxartdı –  ümumilikdə 3 milyondan yuxarı…

Əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40% artırılıb…

Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 2 milyon 701 min manat, sosial fondlara ayırmalar isə 550 min manat təşkil edib. Ümumilikdə rəhbərliyə çəkilən xərclər 3 milyon 251 min manat təşkil edib.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə 2024-cü il üzrə konsolidasiya edilmiş audit hesabatında qeyd edilir.

Bununla da əmək haqqı xərcləri əvvəlki illə müqayisədə 40% artmış olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə 1 milyon 930 min manat ödəniş edilmişdi.

Hazırda İdarə Heyətinin sədri Taleh Kazımovdur. Əliyar Məmmədyarov sədrin birinci müavini, Əli Əhmədov, Toğrul Əliyev, Gülər Paşayeva və Vüsal Xəlilov isə müavindirlər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!