13 Oktyabr 2025 / 23:50

Merts: “Beynəlxalq ictimaiyyət yekdil hərəkət etsə, sülh mümkündür”

Almaniya Kansleri Fridrix Merts Şarm əş-Şeyxdə ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün birgə səyləri müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“ABŞ Prezidenti Donald Trampla həm də Ukraynada müharibənin dayandırılmasına kömək etmək üçün birgə səylərimiz barədə danışacağam. Bugünkü gün sübut edir ki, beynəlxalq ictimaiyyət yekdil hərəkət etdikdə sülh mümkündür”, – Merts vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!