Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:20

Məşhur Kann Festivalının təşkilatçıları qırmızı xalçaya transparan geyimdə – lüt-üryan çıxanlara qadağa qoydu

Dünyada məşhur olan Kann Film Festivalının təşkilatçıları 78-ci dəfə keçiriləcək tədbirin dress-kod qaydalarına dəyişiklik ediblər.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Qeyd olunub ki, qonaqlara qırmızı xalçada açıq-saçıq paltar geyinmək qadağan edilib.

Qonaqlara xəbərdarlıq edilib ki, əgər onlar uyğun olmayan libaslar geyinsələr, tədbirə buraxılmayacaqlar. Onlar ,həmçinin qırmızı xalçada və ya zalda hərəkətə mane ola biləcək uzun və həcmli paltarlar geyinməyi də qadağan ediblər.

Qeyd edək ki, kinofestival sabah start götürəcək və mayın 24-dək  – 10 gün davam edəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!