Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Fevral 2025 / 14:10

Məşhur markanın zeytunları barədə xərçəng xəbərdarlığı edilib: “Bir çox kimyəvi maddələr, qurğuşun belə var…”

İnsan sağlamlığına ziyan vuran məhsulları izləyən və istehlakçılara zərərli qidalar barədə xəbərdarlıq edən Qida Agentliyi adlı sosial media hesabı bu dəfə zeytun brendi ilə bağlı diqqət çəkən paylaşım edib.

TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, yazıda zeytun paketinin üzərindəki xəbərdarlıq diqqət çəkərkən, sosial media hesabında bu məhsulun ABŞ-da satışa çıxarılan “Marmarabirlik” markalı zeytun qablaşdırmasının üzərində olduğu görünüb.

Onun Qida Agentliyi hesabındakı paylaşımında aşağıdakı ifadələr yer alıb – ABŞ-da satılan “Marmarabirlik” markalı zeytunlara bağlı xərçəng xəbərdarlığı edilib:

“Bu məhsulu istehlak etmək sizi müəyyən kimyəvi maddələrə, o cümlədən qurğuşuna məruz qoya bilər.

Bunların xərçəngə və doğuş qüsurlarına və ya digər reproduktiv zərərlərə səbəb olduğu bilinir”.

Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:

https://x.com/gidaajansi/status/1892684425349198332

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!