4 Aprel 2026 / 07:32

Metro istifadəçilərinə müjdə: TEZLİKLƏ BU DAİRƏVİ VƏ BİRBAŞA XƏTTDƏN İSTİFADƏ EDİLƏCƏK!

Bəllidir ki, bu gün Bakıda ən optimal, rahat və paytaxtın istənilən ərazisinə daha tez çatmaqda güvənli nəqliyyat vasitəsi metrodur. Xüsusən də Bakıda neçə illərdir həllolunmaz sayılan tıxaclar fonunda…  Tezadlar.az-ın əldə etdiyi məlumat isə olduqca ürəkaçandır. Bizimlə söhbətində metropoliten əməkdaşı maraqlı faktları açıqladı. Məlum olduğu kimi, hazırda paytaxtın böyük bir ərazisində (Ağ şəhər, Hövsan, Zığ, Yeni Günəşli, Əhmədlinin bir hissəsi, “NZS”, Keşlə və s.) yaşayanlar digər istiqamətlərə getmək üçün (eləcə də əksinə, bu istiqamətlərə gəlmək üçün) metronun “Xətai” stansiyasından istifadə edirlər. Lakin həmin stansiya “C.Cabbarlı” və “28 may”da sonlanır və sərnişinlər vaxt itkisi ilə digər stansiyalara getmək üçün keçiddən istifadə edərək “28 may”da qatarları dəyişməli olurlar. Bu zaman isə “28 may”da ciddi sərnişin sıxlığı yaranır. Sanki bu stansiya Bakı metrosunun birləşdirici mərkəzi rolunda olur. Artıq bu sıxıntılara son qoyulması üçün isə intensiv tamamlama işləri götülür.

Həmsöhbətimiz onu da bildirdi ki, yaxın zamanlarda sərnişinlər avtobusla “Xətai” stansiyasına gəlib həm vaxt, həm də əlavə xərc çəkməyəcəklər. Belə ki, birbaşa “H.Aslanov”dan dairəvi xətt üzrə gələn qatarlar “Xətai”stansiyasından keçərək “”28 may”- “Nizami”- “Dərnəgül”-“Koroğlu”- “H.Aslanov” istiqaməti üzrə hərəkətdə olacaqlar.

IMG
 

Xatırlatma: Bakı metropoliteni Azərbaycan paytaxtı Bakı şəhərində yeraltı xətləri birləşdirən nəqliyyat sistemidir. O, Türk, İslam ölkələri və Yaxın Şərqin ilk metro nəqliyyatıdır. Metropoliten ümumi uzunluğu 40.7 km olan 3 xətdən, 27 stansiyadan ibarətdir. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. 1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası istismara verilir. Bakı metropoliteninin nadirliyi ondan ibarətdir ki, 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxsaylı əyrilər var.

Metropolitenin daha bir özəlliyi Qırmızı və Yaşıl xətləri “28 May” stansiyasında bir müstəvidə birləşməsidir. Nəticədə, “28 May-Həzi Aslanov” və əksinə, qatarlar, faktiki olaraq, bir xətt üzrə hərəkətini davam etdirir.

Xətlər üzrə hərəkət belə təşkil edilir:

Qırmızı:“İçərişəhər-Həzi Aslanov”, “İçərişəhər-Bakmil”
Yaşıl: “Dərnəgül-Həzi Aslanov”, “Xətai-Cəfər Cabbarlı” (məkik hərəkət), “Dərnəgül-Bakmil”

Bənövşəyi: “Avtovağzal-8 Noyabr”, “Xocəsən-8 Noyabr”

Keçidlər: Yaşıl və Qırımızı xətlər üzrə (“Cəfər Cabbarlı-Xətai” mənizlinə): “28 May” və “Cəfər Cabbarlı” stansiyaları

Yaşıl və Bənövşəyi xətlər üzrə: “Memar Əcəmi” stansiyaları (hər xəttin keçid stansiyaları eyni adı daşıyır).

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!