Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyul 2024 / 17:18

MİNSKİN QƏRB SƏRHƏDLƏRİNDƏ VƏZİYYƏT AĞIRDIR

Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Konstantin Molostov bildirib ki, qonşu Aİ ölkələrində sərhədyanı ərazilərin hərbiləşdirilməsi fonunda qərb sərhədlərində vəziyyət ağırdır.

O, həmçinin qonşu Aİ ölkələrindən və Ukraynadan olan həmkarları ilə əvvəlki qarşılıqlı əlaqələrin olmamasından danışıb. Belə ki, onun sözlərinə görə, əvvəllər ölkələr “bir-birinə zəng edə, əlaqə saxlaya, danışa bilərdi, lakin qonşu ölkələrin sərhəd rəsmilərinin istəksizliyi ucbatından biz bu şəkildə qarşılıqlı fəaliyyət göstərmirik”, – “RİA Novosti” xəbər verir.

Eyni zamanda, Molostov qeyd edib ki, “cari texniki məsələlərin həlli üçün” əlaqə saxlanılıb.

Bundan əvvəl Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Minsk sərhəddəki problemli məsələlərin həlli üçün Polşa ilə dialoqa hazırdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!