Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Noyabr 2025 / 13:20

Millət Vəkili Musa Qasımlı Ağdamın ağ günündən yazır…

 Millət Vəkili Musa Qasımlı Ağdamın ağ günündən yazır: “Adı “ağ”la başlayan qədim şəhərimiz Ağdamın qara günü 1993-cü il iyulun 23-də başladı. Bu, şəhərin təcavüzkar Ermənistan tərəfindən sadəcə işğal edilməsi deyil, eyni zamanda barbarlığın növbəti təzahürü, evlərin təkcə damlarının yox, həm də divarlarının ağ daşlarının sökülüb daşındığı, tarix və mədəniyyət abidələrinin, qəbiristanlıqların yerlə yeksan edildiyi, daş üstə daşın saxlanmadığı, Xirasimoya, ruhların dolaşdığı yerə çevrildiyi günün başlanğıcı idi.
İşğalçı şəhərdə yalnız bir məscidi saxladı. Ondan da müşahidə məntəqəsi kimi istifadə etdi.
Sakinlər məcburi köçkünə çevrildilər.
Qara günə 2020-ci il noyabrın 20-də son qoyuldu. Ağdam ağ günə çıxdı. Ağdama ağ günü cənab Prezidentimiz İlham Əliyevin siyasəti, diplomatiyası bəxş etdi. Şəhər bir patrondan istifadə edilmədən düşmən qüvvələrindən təmizləndi. Döyüşlə alınsaydı nə qədər şəhid verərdik? Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 Azad edildikdən sonra şəhərin həyatında quruculuq dövrü başladı. Dövlət başçımızın Ağdama hər bir səfərində yaşayış binalarının, infrastruktur layihələrinin əsası qoyuldu və tikilənlərin açılışı oldu. Qısa müddətdə dəmir yol vağzalı, məktəb inşa edildi və s. Tikilən Muğam Mərkəzində Muğam müsabiqəsinin keçirilməsi mədəniyyətimizin bu yerlərə qaytarılması və böyük mədəniyyət hadisəsi oldu.
Dağıdılmış tarix-mədəniyyət abidələrimiz, məscidlərimiz, Qarabağ xanı Pənahəli xanın XVIII əsrə aid imarəti yenidən tikilir. Tariximiz özümüzə qaytarıldı.
Azadlığın mübarək, Ağdam!
P.S. İşğal illərinə və azad edildikdən sonraya aid bir neçə fotoşəkil hər şeyi deyir”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!