30 Yanvar 2026 / 01:23

Millət vəkilləri nikah borcunu ləğv edən qanun layihəsini təsdiqlədilər

Qanun layihəsinin müəllifləri ər-arvadın ailə həyatı qurmaq öhdəliyi ilə bağlı mülki məcəllənin qeyri-müəyyənliklərini aradan qaldırmaq istəyirlər

Fransa nikah borcunu ləğv etmək niyyətindədir. Milli Məclis bu gün yekdilliklə bu konsepsiyanın ləğvi üçün səs verib.

Tezadlar.az xəbər verir ki, indi məsələ Senatın səlahiyyətindədir. Təsdiqlənərsə, fransızlarda ər-arvadın intim münasibətlərdə olmaq məcburiyyətində olmadığını müəyyən edən qanun olacaq. Qanun layihəsinin müəllifləri bildirirlər ki, onlar ər-arvadın ailə həyatı qurmaq öhdəliyi ilə bağlı mülki məcəllənin qeyri-müəyyənliklərini aradan qaldırmaq istəyirlər.

Bunun səbəbi 2019-cu ildə baş verən səs-küylü boşanma olub. Məhkəmə yaxınlıq olmaması səbəbindən nikahlarına son qoymaq qərarına gələn ər-arvaddan birini dəstəkləyib. Yeni qanuna əsasən, bu, artıq mübahisə mövzusu olmayacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!