Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Minlərlə qaqauz sakini Kişinyovda saxlanılaraq ev dustaqlığına buraxılan muxtariyyət rəhbəri Yevgeniya Qutsula dəstək aksiyasına Komratda toplaşıb.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a aksiyanın təşkilatçılarından biri, muxtariyyət rəhbərinin müşaviri Mixail Vlah məlumat verib.
“Polisin maneələrinə baxmayaraq, görüşə 5 minə yaxın vətəndaş toplaşıb. Biz buraya Kişinyov hakimiyyətinin Qaqauziya ilə bağlı qanunsuzluğuna və özbaşınalığına “yox” demək üçün toplaşmışıq”, – o qeyd edib.
Aksiya Moldova Respublikasının, eləcə də muxtariyyətin himnlərinin səsləndirilməsi ilə başlayıb. TASS-ın hadisə yerindən müxbiri xəbər verir ki, insanlar özləri ilə dövlət bayraqları gətirərək “Yevgeniya Qutsula azadlıq” şüarları səsləndiriblər.
Vlahın sözlərinə görə, polis mitinqə başqa şəhərlərdən gəlmək istəyənlərin qarşısını alır. O, bəyan edib ki, hüquq-mühafizə orqanlarının hərəkətləri ölkə prezidenti Maia Sandu və hökumətə nəzarət edən Fəaliyyət və Həmrəylik Partiyası tərəfindən həyata keçirilir.
Kişinyov və Komrat arasında münasibətlər 2023-cü ildə müxalifət nümayəndəsi Yevgeniya Qutsulun qalib gəldiyi Qaqauziya rəhbəri seçkilərindən sonra xeyli pisləşib. O, muxtariyyətin Rusiya ilə dostluq əlaqələrini gücləndirmək niyyətində olduğunu bəyan edib və Moldova qərbyönlü hökumətinin Moskva ilə qarşıdurma siyasətini tənqid edib. Kişinyovda seçkiləri qeyri-qanuni elan etməyə çalışıblar, lakin Qaqauz parlamenti Qutsulla həmrəylik nümayiş etdirib və regionda ona dəstək üçün bir neçə kütləvi aksiya keçirilib. Moldova prezidenti Maia Sandu qanuna zidd olaraq Qutsulu ölkə hökumətinin üzvü kimi təsdiq edən fərmanı imzalamaqdan imtina edib.
Qutsul ev dustaqlığındadır. Siyasətçi martın 25-də Kişinyov hava limanında saxlanılıb və onun 2023-cü ildəki seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı cinayət işi üzrə həbs edilib. Paralel olaraq, ötən ildən Qutsulun müxalifət partiyasının qeyri-qanuni maliyyələşdirilməsində iştirakda ittiham olunduğu başqa bir iş üzrə də məhkəmə prosesləri gedir. Qaqauziya rəhbəri ittiham tərəfinin bütün arqumentlərini qəti şəkildə rədd edir və işi siyasi adlandırır.
E.ŞİRİNOV