Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyada 74 yaşlı iş adamı Qırğızıstandan olan yük daşıyanının qətli ilə bağlı məhkəmə qarşısına çıxacaq.
RF İstintaq Komitəsi Petropavlovsk-Kamçatski şəhərinin 74 yaşlı sakininə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb.
Tezadlar.az “Kamçatka” Xəbər Agentliyinə istinadən xəbər verir ki, iş adamı mağazasında yük daşıyan işləyən Qırğızıstan vətəndaşını öldürməkdə ittiham olunur.
Bu dəhşətli hadisə 29 may 2025-ci ildə mağazanın zirzəmisində baş verib. İşəgötürənlə sərxoş halda olan işçisi arasında münaqişə yaranıb.
Təqsirləndirilən şəxs kişini itələyib və yıxıldıqdan sonra onun başına ən azı bir dəfə sərt küt əşya ilə zərbə endirib. Zərərçəkmiş kəllə sümüyünün sınması nəticəsində hadisə yerində ölüb.
Cinayəti ört-basdır etmək üçün təqaüdçü – iş adamı cəsədi mişarla hissələrə ayırıb və gizlincə qalıqları şəhərin müxtəlif yerlərində basdırıb.
Miqrantın itkin düşməsi iyun ayında tanışlarından biri polisə müraciət etdikdə məlum olub. Miqrantlar və hüquq-mühafizə orqanları uzun müddətdir ki, sosial mediada elanlar yerləşdirərək kişini axtarırdılar. Qətlin üstü isə sentyabr ayında yoldan keçən bir nəfər meşə zolağında insan qalıqları olan çanta aşkar etdikdə aydınlaşıb.
Müayinə mərhumun şəxsiyyətini və ölümünün zorakı xarakter daşıdığını təsdiqləyib. Şübhəli həbs edildikdən sonra işçisini qətlə yetirdiyini etiraf edib.
Cinayət işi hazırda məhkəməyə hazırlanır. Şübhəlini uzunmüddətli həbs cəzası gözləyir.

JASMİN