Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Udmurtiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Mərkəzi Asiyadan olan miqrantı saxlamaq üçün özlərini süpürgəçi kimi göstəriblər. Onun qatarı yandırmağa hazırlaşmaqda və “Crocus City Hall” terror aktını əsaslandırmaqda şübhəli bilindiyi bildirilir.
Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı videoda xüsusi xidmət orqanının əməkdaşlarının küçədə, süpürgəçi paltarı geyinərək şübhəlini saxlaması göstərilib. Daha sonra operativ əməkdaşlar kişini qandallı vəziyyətdə avtomobilə aparırlar.
Şübhəli barəsində terror aktına hazırlıq və internetdə terrorizmin əsaslandırılması ilə bağlı cinayət işləri açılıb. O, istintaq təcridxanasına göndərilib. Digər təfərrüatlar açıqlanmayıb.