18 Avqust 2025 / 08:54

Mirzə Cəlilin Kefli İsgəndərinin qəbri tapılıb

Böyük ədib Mirzə Cəlilin “Ölülər” komediyasının baş qəhrəmanı olan Kefli İsgəndərin mücərrəd surət olduğunu düşünənlər də yetərincədir. Lakin məlum olur ki, o, həyati qəhrəman olub. Araşdırmaçı jurnalist Anar Tağıyev özünün sosial media hesabında yazır: “Kefli İsgəndərin məzarı budur. Kefli İsgəndər 1918-ci ildə cavan yaşlarında dünyasını dəyişir. Əslən Ağcəbədi rayonunun Hüsülü kəndindən olan İsgəndər Hacı oğlunun qəbri də elə doğulduğu kənddədir. Dövrün maarifçiləri arasında ziyalılığı, aydın fikirliliyi ilə tanınan bu şəxsin sorağı Mirzə Cəlilə Ağcabədidə dərs dediyi vaxtlarda çatır. Məzarın üzərində “Kefli İsgəndər Hacı oğlu” sözləri yazılıb”.

“Təzadlar” həmin fotonu da təqdim edir:

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!