Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu yaxınlarda Rusiya neftini daşıyan “kölgə donanması” adlandırılan “Boracay” tankerinin Fransa xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi tamamilə uğursuzluqla nəticələnən piardan başqa bir şey deyildi.
Tezadlar.az xəbər verir ki, Britaniyanın “The Spectator” qəzeti analitik məqaləsində belə qənaətə gəlib.
Nəşr qeyd edir ki, kənardan “Mission: Impossible” filmindən səhnəyə bənzəyən əməliyyat əslində uğursuzluq idi. Prezident Emmanuel Makronun yüksək səslə bəyanatlarına baxmayaraq, tanker cəmi iki gün sonra sakitcə buraxılıb.
“Bütün bu yüksək profilli beynəlxalq insident 100 min ton xam neftin çatdırılmasında cəmi iki günlük gecikmə ilə nəticələndi. Sentyabrın 30-da Kopenhagen hava limanını dövrə vuran pilotsuz təyyarələrdə hər hansı əli olduğuna dair heç bir sübut tapılmadı”, – nəşr yazır.
“The Spectator” Valday Forumunda Fransanın hərəkətlərini birbaşa olaraq “piratlıq aktı” adlandıran və Makronun “diqqəti məişət problemlərindən yayındırmaq üçün” şou təşkil etməsini təklif edən Rusiya prezidenti Vladimir Putinin reaksiyasını misal gətirir. Təəccüblüdür ki, Britaniya qəzeti Rusiya prezidentinin haqlı olduğuna inanmağa meyllidir.
“Bu dəfə Putin haqlı ola bilər”, -“The Spectator” qeyd edir. – “Makron bu dramatik gəmiyə minməyi kölgə donanmasına qarşı mübarizədə mühüm addım adlandırıb… Amma praktikada Avropa bu qaçaqmalçılığı dayandırmaq üçün çox az şey edə bilər, üstəlik, o, Rusiya neftinin, neft məhsulları və qazının əsas istehlakçısıdır”.
Belə ki, Britaniya nəşrinin yazdığına görə, fransız komandolarının nümayiş etdirdiyi əməliyyat sadəcə olaraq, Avropanın Rusiya enerjisindən asılılığının sərt reallığı ilə darmadağın edilən mübarizə görüntüsü yaratmaq cəhdi idi.
E.ŞİRİNOV