3 Fevral 2026 / 14:34

MN əməkdaşı Polşada Rusiya ilə əlaqədə şübhəli bilinərək saxlanılıb

Müdafiə Nazirliyinin əməkdaşı Polşada Rusiya kəşfiyyatı ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Onet” məlumat yayıb.

Şübhəli Polşa Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırma Departamentinin uzun müddətdir orta səviyyəli əməkdaşıdır. O, fevralın 3-də işə gəldikdən qısa müddət sonra Hərbi Əks-kəşfiyyat Xidməti tərəfindən saxlanılıb.

Xəbər verilir ki, kəşfiyyat orqanları bu şəxsi bir neçə aydır izləyir, onun fəaliyyətini sənədləşdirir və təhlil edir. Adı çəkilməyən mənbə nəşrə Müdafiə Nazirliyinin əməkdaşının saxlanılmasının “ən böyük uğurlardan biri” olduğunu bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!