20 Dekabr 2024 / 06:14

MN: ÜÇ BÖLGƏDƏ 36 PİLOTSUZ UÇAN APARAT VURULUB

Hava hücumundan müdafiə sistemləri dekabrın 20-nə keçən gecə Rusiya ərazisi üzərində Ukraynaya məxsus 36 təyyarə tipli pilotsuz təyyarəni vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

Bu qurğulardan 16-sı Krasnodar diyarı üzərində, 14-ü Qara dəniz üzərində məhv edilib. Daha beş pilotsuz təyyarə Bryansk vilayəti, biri isə Belqorod vilayəti üzərində vurulub.

Xatırladaq ki, ötən gecə (dekabrın 19-da) Rusiya Federasiyasının ərazisində 84 pilotsuz uçuş aparatı vurulub. Bu təyyarələrin əksəriyyəti – 36-sı Rostov vilayəti üzərində məhv edilib. Pilotsuz təyyarələr ümumilikdə Rusiya Federasiyasının yeddi regionunda vurulub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!