Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krım sahilləri yaxınlığında təxribat əməliyyatı həyata keçirmək cəhdinin qarşısının alınmasının videosunu nümayiş etdirib.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, yayımlanan görüntülərdə Ukraynaya məxsus desant gəmisi əks olunub. O, Zala kəşfiyyat pilotsuz uçuş aparatının ekipajı tərəfindən hədəfə alınıb. Sonra qayığa “Lancet” sursatı vurulur.
Gəmi Krım sahillərindən 72 kilometr aralıda məhv edilib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri avqustun 19-dan 20-nə keçən gecə Odessadan Krımın Tarxankut burnu istiqamətində təxribat əməliyyatı keçirməyə cəhd edib.
E.ŞİRİNOV