11 İyul 2025 / 18:38

Modriç “Real”dan ayrıldı

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç klublararası dünya çempionatının yarımfinalında PSJ-yə uduzduqdan (0:4) sonra klubu tərk edib.

Qeyd olunur ki, futbolçu komanda ilə vidalaşıb və PSJ-nin yarımmüdafiəçisi Vitinyonun adını çəkərək onun yerini kimin tutması ilə bağlı fikirlərini bildirib.

“Əgər bir gün “Real”a keçsən, mən xoşbəxt olacam”, – Modriç söyləyib.

Bu mövsüm portuqaliyalı PSJ-nin heyətində 58 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!