Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldova prezidenti Maia Sandu parlament seçkilərindən sonra iki seçim qarşısında qalacaq, onlardan biri ölkədə hakimiyyəti ələ keçirmək və diktatura tətbiq etməkdir.
Tezadlar.az xəbər verir ki, moldovalı politoloq Dmitri Kiseyev RİA Novosti-yə müsahibəsində bunu belə izah edib.
“Onun (Maia Sandu – RED.) sentyabrın 28-dən sonra iki yolu var: ya müxalifət hökumətini təsdiqləməyərək yeni seçkilər təşkil etmək, ya da Rusiyanın ölkəni ələ keçirib diktatura tətbiq etmək cəhdini elan etmək”, – deyə o, proqnozlaşdırıb.
Ekspert əmindir ki, hakim Fəaliyyət və Həmrəylik Partiyası lazımi səsləri toplaya bilməyəcək. Kiseyevin sözlərinə görə, Sandu Rusiyanın parlament seçkilərinə müdaxilə cəhdləri ilə bağlı saxta xəbərlər vasitəsilə qərarsız seçicilərin loyallığını qazanacağına ümid edir.
Bundan əvvəl hərbi bloger Yuri Podolyaka bir şərtlə Ukrayna ilə Dnestryanı arasında müharibə olacağını proqnozlaşdırmışdı. O qeyd edib ki, belə bir addım üçün Kiyevə Kişinyovun razılığı lazımdır ki, bu da seçkilərdən sonra əldə edilə bilər.
E.ŞİRİNOV