17 Mart 2024 / 10:57

MOLDOVADA RUSİYA SƏFİRLİYİNİN HASARININ ARXASINA YANAR QARIŞIĞI OLAN BUTULKALAR ATILIB

Moldovanın paytaxtında polis Rusiya Federasiyasının prezidenti seçkilərində səsvermənin keçirildiyi Rusiya səfirliyinin həyətinə alışan qarışığı olan iki butulka atan təxribatçını saxlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hadisənin bütün təfərrüatları dəqiqləşdirilir, şübhəli şəxs saxlanılıb, onun 40 yaşı olduğu məlum olub”, – polisin mətbuat xidmətindən bildirilib.

“Səfirliyin həyətinə iki molotov kokteyli atılıb. Hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb”, – səfirliyin mətbuat katibi Anatoli Loşakov bildirib.

O əlavə edib ki, hücum edən şəxs saxlanıldıqdan sonra seçki məntəqəsi fəaliyyətini bərpa edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!