Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Təhlükəsizlik qüvvələri Ukrayna kəşfiyyat xidmətlərinin göstərişi ilə Moskva vilayətindəki enerji obyektində partlayış törətməyə hazırlaşan 29 yaşlı əcnəbini saxlayıb.
Tezadlar.az bildirir ki, bu barədə FTX İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.
“1996-cı il təvəllüdlü xarici vətəndaş Rusiyada qadağan olunmuş Ukrayna terror təşkilatı adından təxribat və terror aktı hazırlamaqda iştirak etdiyinə görə saxlanılıb”, – agentlik bildirib.
Əcnəbi şəxs Telegram vasitəsilə cəlb edilib və təxribat törətmək üçün Rusiyaya gəlib. O, Moskva vilayətindəki enerji infrastruktur obyektində əldəqayırma bomba partlatmağı planlaşdırıb, bundan sonra Rusiya Silahlı Qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya getməyi planlaşdırıb.
Saxlanılan şəxsə qarşı “Partlayıcı qurğuların qanunsuz əldə edilməsi və daşınması” və “Bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilən təxribata hazırlıq” maddələri ilə cinayət işi açılıb.
Cinayətkar etiraf edib.
E.ŞİRİNOV