10 Avqust 2023 / 03:57

MOSKVA YENİDƏN HƏYƏCAN İÇİNDƏ-DRONLAR SAKİT DAYANMIR

Ötən gecə saatlarında Rusiyanın paytaxtı Moskva istiqamətində uçan iki hücum pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

Tezadlar.az Rossiya24 TV-yə istinadla bildiri ki, Moskva şəhərinin meri Sergey Sobyanin öz teleqram kanalında məlumat yayıb. Sitat: “Gecə saat dörd radələrində Hava Hücumundan Müdafiə Qüvvələri şəhərə doğru uçan iki PUA-nı vurub. Biri Kaluqa vilayətində, digəri isə Mərkəzi Dairəvi yol ərazisində”.

Paytaxt sakinləri isə artıq ötən həftədən bu həyəcanı yaşayır. Çünki artıq neçənci dəfədir ki, paytaxtın mərkəzi hissələrinə dron hücumları baş tutur. 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!