17 Sentyabr 2025 / 12:26

Moskvada Çarli Kirk və İrina Zarutskayanın xatirəsinə abidə peyda olub

Amerika lideri Donald Trampın tərəfdarı Çarli Kirk və Ukrayna vətəndaşı İrina Zarutskayanın Moskvadakı ABŞ səfirliyi yaxınlığında kortəbii xatirə abidəsi peyda olub.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Diplomatik binanın yaxınlığında qurbanların üzlərinin, güllərin və şamların fotoşəkilləri yerləşdirilib.

Xatırladaq ki, sentyabrın 10-da Çarli Kirk Utah Valley Universitetində tədbir keçirərkən onun həyatına qəsd edilib. Polis cinayətdə şübhəli bilinən 22 yaşlı Tayler Robinsonu yaxalayıb.

Avqustun 26-da Şimali Karolina ştatının Şarlotta şəhərində 34 yaşlı kiçik DeKarlos Braun isə 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayanı metro vaqonunda öldürüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!